Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dünya Rusiyanı təcrid vəziyyətində saxlamalıdır''

''Dünya Rusiyanı təcrid vəziyyətində saxlamalıdır''

Tarix: 4 Sentyabr 2022 23:14

Estoniyanın baş naziri Kaya Kallas Ukrayna əraziləri tam azad edilənə qədər Rusiyanı təcrid vəziyyətində saxlamağa çağırıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bu barədə o, Berlində Hayek Fondunun beynəlxalq mükafatlandırma mərasimində danışıb.

"Müharibə başlayandan mən Rusiyanın enerji resurslarının satışından əldə etdiyi gəliri məhdudlaşdırmağa çağırıram, çünki bunun hesabına Kreml öz hərbi sənayesini dəstəkləyir", - deyə Kallas bildirib.

Toplantı iştirakçıları Putinin hələ də Qərbin səbrini itirəcəyinə və güzəştə getməyə hazır olduğuna ümid etdiyini bildiriblər.

"Biz bunun baş verməsinə imkan verməyəcəyik. Ukrayna rusları öz ərazisindən qovmayana qədər azad dünya Rusiyanı təcrid etməyə və sanksiyaları sərtləşdirməyə davam etməlidir", - deyə Kaya Kallas söyləyib.

"G7-nin Rusiya neftinə qiymət həddi tətbiq etmək qərarı çox mühüm addımdır. Bu, Rusiyanın bizə qarşı enerji silahlarından istifadə imkanlarını azaldacaq və Aİ sanksiyalarının təsirini artıracaq. Qiymət həddi razılaşmasına nə qədər çox ölkə qoşulsa, bir o qədər onun təsiri artacaq", - deyə eston siyasətçi əlavə edib.

Qeyd edək ki, Estoniyanın baş naziri Berlində latviyalı və litvalı həmkarları Krişyanis Kariniş və İnqrida Şimonite ilə də görüşüb.


Etiketlər:  Dünya Rusiyanı təcrid vəziyyətində saxlamalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ