Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA Yaponiyanın KOB sahəsində fəaliyyət göstərən qurumları ilə aktiv əməkdaşlıqda maraqlıdır - FOTO

KOBİA Yaponiyanın KOB sahəsində fəaliyyət göstərən qurumları ilə aktiv əməkdaşlıqda maraqlıdır - FOTO

Tarix: 5 Sentyabr 2022 17:44

Bakıda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası keçirilib. Hər iki ölkədən dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak edib.

KOBİA-dan bildirilib ki, təqdimatla çıxış edən KOBİA sədri Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın Yaponiyanın KOB sahəsində fəaliyyət göstərən aidiyyəti qurumları ilə praktik əməkdaşlığın qurulması üzrə aktiv işləməyə hazır olduğunu qeyd edib.

Billdirilib ki, əsas diqqət isə hər iki ölkənin biznesləri arasında əlaqələrin inkişafına yönəldiləcək. KOBİA ötən dövrdə yapon investorlarına da dəstək göstərib və Yaponiyadan olan daha çox şirkətə Azərbaycanda öz bizneslərini qurmağında kömək etməyə hazırdır.


Etiketlər:  KOBİA Yaponiyanın sahəsində fəaliyyət göstərən qurumları ilə aktiv əməkdaşlıqda maraqlıdır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ