Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəfn edilən 7 qadından ikisi bacıdır - Ətraflı VİDEOda

Dəfn edilən 7 qadından ikisi bacıdır - Ətraflı VİDEOda

Tarix: 6 Sentyabr 2022 13:38

Böyük bir kənd yasdadır. Ötən gün Lerikdə  baş verən ağır yol qəzası nəticəsində vəfat edənlərin cənazələri ailələrinə təhvil verilib. Qəzada ölənlərdən 7 nəfəri bir kəndin sakinləridir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ötən gün günorta saatlarında Lənkəran -Lerik yolunun 45-ci km-ində Lerikin Günəşli kəndinin ərazsində 8 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən yol qəza hadisəsi baş vermişdi. Qəzaya düşən şəxslər Lerik rayonu  ərazisində ziyarətgahlardan birindən qayıdarkən, sürücü idarəetməni itirib və mikroavtobus əvvəlcə yolun kənarındakı beton maneələrə dəyib daha sonra isə aşıb. Qəzada ölən 8 nəfərin cənazələri ailələrinə təhvil verilib. Ölənlərin  7- si Boladi kənd qəbirsanlıqlarında, 1-nəfəri isə Göyşaban kəndində dəfn olunub. 

Dünyasını dəyişənlər bir-biri ilə qohum olublar.

Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin müdiri Elgiz Baxşəliyev qəza zamanı  xəsarət alanların son vəziyyətləri barədə məlumat verib.

Hazırda xəstələrin müalicəsi davam etdirilir.

Milli.Az


Etiketlər:  Dəfn edilən 7 qadından ikisi bacıdır Ətraflı VİDEOda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ