Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 13:36
Regionda kommunikasiyaların açılması Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən VII Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan isə Ermənistan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək və bu, beynəlxalq ticarət yolları üçün yeni imkanlar deməkdir.
"Bu qlobal layihənin həyata keçirilməsi region dövlətləri, eləcə də İran, Türkiyə, Rusiya və Uzaq Şərq ölkələri üçün çox vacibdir", - Paşinyan vurğulayıb.