Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşada Sadıqcanın yaşadığı ev bərpa olunacaq - SƏRƏNCAM

Şuşada Sadıqcanın yaşadığı ev bərpa olunacaq - SƏRƏNCAM

Tarix: 7 Sentyabr 2022 14:18

Prezident İlham Əliyev Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsə ilkin olaraq 600,0 (altı yüz) min manat vəsait ayrılıb.

Milli.Az


Etiketlər:  Şuşada Sadıqcanın yaşadığı ev bərpa olunacaq SƏRƏNCAM


RƏYLƏR