Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uill Smitin üzrxahlıq videosuna cavab gəldi

Uill Smitin üzrxahlıq videosuna cavab gəldi

Tarix: 8 Sentyabr 2022 20:24

Amerikalı komediya ustası Kris Rok 2022-ci il "Oskar" mükafatı mərasimi zamanı ona şillə vuran Uill Smitin üzrxahlıq videosuna ilk dəfə ictimaiyyət qarşısında cavab verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Rok Londonda çıxışı zamanı videonu şərh edib.

"Cəhənnəm olsun üzrxahlığı videosu ilə birlikdə... O,  Məhəmməd Əlini oynayıb, mən isə heç Floyd Mayvezer də deyiləm", - deyə Rok bildirib.

Krisin dediyinə görə, onun Smitin həyat yoldaşı haqqındakı zarafatı indiyədək söylədiklərinin "ən şirini" olub.

Qeyd edək ki, martın sonunda, "Oskar" mərasimi zamanı tədbirin aparıcısı olan Rok Smitin həyat yoldaşı haqqında uğursuz zarafat edib. O, xəstəlikdən əziyyət çəkən aktyorun həyat yoldaşının qısa saç düzümünə diqqət çəkib. Buna cavab olaraq Smit səhnəyə çıxaraq aparıcıya şillə vurub.

İyulun sonunda isə aktyor Rokdan üzr istəmək üçün altı dəqiqəlik video mesaj paylaşıb.


Etiketlər:  Uill Smitin üzrxahlıq videosuna cavab gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ