Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 22:02
Moldovanın ətraf mühit naziri Yuliana Kantarciu istefa verib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, o, bununla bağlı "Twitter" hesabında paylaşım edib.
Y.Kantarcio bildirib ki, hökumətin iclasında Baş nazirin sentyabrın 1-dək vətəndaşların qış üçün odun alınması prosesi ilə bağlı ona iradı əsasızdır.
Qeyd edək ki, Moldovanın Baş naziri Natalia Qavrilitsa onu vətəndaşların qış üçün odun alınması prosesi haqqında tam məlumat ala biləcəkləri xüsusi veb-sayt yaratmaq tapşırığını yerinə yetirmədiyinə görə tənqid etmişdi.