Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 09:46
Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində "Frayburq"la qarşılaşıb.
Matçın 81-ci dəqiqəsində qalmaqallı an yaşanıb.
Belə ki, Abdulla Zubir qapıya zərbə endirərkən rəqib müdafiəçi onu yerə yıxır. Lakin "Qarabağ" futbolçuları baş hakim Erik Lambrextsə etiraz edərək epizodun penalti olduğunu bildirir. Belçikalı referi VAR-a baxdıqdan sonra künc zərbəsi qərarı verir.
Həmin epizod sosial şəbəkələrdə böyük etirazla qarşılanıb.