Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin 42 döyüş təyyarəsi Tayvana yaxınlaşdı

Çinin 42 döyüş təyyarəsi Tayvana yaxınlaşdı

Tarix: 11 Sentyabr 2022 16:18

Çinin 42 döyüş təyyarəsi Tayvana yaxınlaşıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, son 24 saat ərzində adaya bitişik bölgəyə Çin Hərbi Hava Qüvvələrinə məxsus 42 təyyarə düşüb.

Tayvan hərbçiləri isə öz növbəsində hava patrulunu qaldırıb, radio xəbərdarlıqlarını paylayıb və zenit-raket sistemlərini yerləşdiriblər.

Qeyd edək ki, Çinin Tayvan ətrafında hərbi fəaliyyəti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2 və 3 avqustda adaya səfərindən sonra güclənib.

Milli.Az


Etiketlər:  Çinin döyüş təyyarəsi Tayvana yaxınlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ