Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 15:24
Bu yolda avtomobillər yüksək sürətlə idarə edilir. Yolu digər tərəfə keçmək istəyən piyadalar bəzən uzun müddət gözləməli olurlar.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, İsmayıllı şəhərinin Heydər Əliyev prostpektində sürəti göstərən lövhəyə məhəl qoyan yoxdur.
Nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi sakinlərin nrahatlığına səbəb olur. Onlar yolu keçməyin təhlükəli hal aldığını deyirlər.
Vətəndaşlar radarların quraşdırılmasını istəyirlər. Məhz bundan sonra sürücülər istər-istəməz sürəti azaldacaqlar.
İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, Heydər Əliyev prostpektində yaşayan sakinlər tərəfindən mövcud problemlə bağlı şifahi muraciətlər daxil olub. ''Müraciətlər əsasında hazırlanmış təkliflər Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib''- deyə məlumatda qeyd edilib.