Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İohannis: Ən böyük böhranla üzləşmişik

İohannis: Ən böyük böhranla üzləşmişik

Tarix: 12 Sentyabr 2022 16:54

Avropa qitəsi ən böyük böhranlardan biri ilə üz-üzədir. Yalnız NATO və AB-nin birgə səyləri bu böhranın öhdəsindən gələ bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rumıniya Prezidenti Klaus İohannis deyib.

"Biz qitəmizin yaxın tarixinin ən böyük humanitar böhranlarından biri ilə üz-üzəyik. Böhran - qurbanların sayının artmasına, insanların məhvinə səbəb olur. Bu müddət ərzində Rumıniya Transatlantik münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini təsdiq edib və regional təhlükəsizliyin təmin edilməsi, rumınların azadlığının qorunması, bütün dünyada sülh və demokratiyanın qurulması istiqamətində atılan addımları dəstəkləyir", - o bildirib.


Etiketlər:  İohannis böyük böhranla üzləşmişik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ