Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mənzurə: “Kaş o insanla ailə qurmazdım” - VİDEO

Mənzurə: “Kaş o insanla ailə qurmazdım” - VİDEO

Tarix: 13 Sentyabr 2022 01:25

"Sumqayıt şəhəri ilə bağlı xatirələrim çoxdur. Orada mən çox parlamışam. Erkən yaşlarımdan orada ulduz olmuşam. 15 yaşım vardı, orada keçirilən bütün tədbirlər mənsiz keçmirdi. Acı xatirəm isə orada ailə qurmağımdır".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Sənətçi ailə qurmasını həyatının ən yanlış addımı adlandıraraq, peşman olduğunu vurğulayıb.

"Hər dəfə Sumqayıta gedəndə fikirləşirəm ki, kaş o insanla ailə qurmazdım. O, mənim ən böyük səhvimdir. İnsanlar özlərini sənə elə göstərirlər ki, elə bilirsən o insanın sənə saf məhəbbəti var. Sonra isə görürsən ki, həqiqət başqadır.

Övlad olmayanda səni sevən şəxs dəstək olursa, əsl sevgisini nümayiş etdirir. Yoxsa evdə hər gün söz-söhbətlər... Adam yaşadıqlarından bezib, özü hər şeydən uzaqlaşır. Sevdiyim günlərin mənası qalmayıbsa, o mənim üçün acı günlərdir. Səhvlərim çox olub, kaş ki, olmazdı".

Milli.Az


Etiketlər:  Mənzurə Kaş o insanla ailə qurmazdım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ