Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 10:40
Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Sonxeber.net xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova APA-ya bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.
"Dispers toz hissəcikləri Nizami rayonunda 1.2, Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti gün ərzində davam edəcək", - o qeyd edib.