Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toivo Klaar bu tarixdə regiona səfər edəcək

Toivo Klaar bu tarixdə regiona səfər edəcək

Tarix: 14 Sentyabr 2022 00:39

Avropa İttifaqı öz xüsusi nümayəndəsini təcili Ermənistan və Azərbaycana göndərəcək.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar sentyabrın 14-də regiona səfər edəcək.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu məlumatı Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell açıqlayıb.

O qeyd edib ki, qarşıdurmanı dayandırmaq və danışıqlar masasına geri qayıtmaq lazımdır.

"Bütün qüvvələr bu gərginlikdən əvvəlki mövqelərə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə əlaqədədir. Mən isə xarici işlər nazirləri ilə telefonla danışacağam. Avropa İttifaqı ümumi hədəf - təhlükəsiz Cənubi Qafqaza nail olmaq üçün dürüst vasitəçilik missiyasını davam etdirməyə hazırdır", - deyə Borrellin yaydığı bəyanatda bildirib.

O vurğulayıb ki, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar lazımi deeskalasiyanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında olan Brüssel dialoqu prosesində növbəti addımları müzakirə etmək üçün təcili iki ölkəyə səfər edəcək.


Etiketlər:  Toivo Klaar tarixdə regiona səfər edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ