Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın daha bir ''sirri'' açıldı: ''Şahid'' vuruldu - FOTO

İranın daha bir ''sirri'' açıldı: ''Şahid'' vuruldu - FOTO

Tarix: 14 Sentyabr 2022 13:12

Rusiyanın Silahlı Qüvvələrinin Ukraynada apardığı müharibədə İran İslam Respublikasının istehsalı olan döyüş PUA-larından istifadə etməsi artıq sübut edildi.

Sonxeber.net bildirir ki, Ukrayna hərbçiləri Xarkov vilayətindəki Kupyansk şəhəri yaxınlığında Rusiyanın zərbə-"kamikadze" PUA-sını vurublar.

Rusiyanın "M124 Geran" adlandırdığı və öz istehsalı kimi qələmə verməyə çalışdığı bu PUA əslində İran istehsalı olan "Shahed 136" zərbə PUA-sıdır.

Ukrayna səmasında ilk dəfədir İran istehsalı olan PUA vurulur. Bu, həm də Rusiya Federasiyasının İrandan döyüş PUA-ları alaraq Ukraynada istifadə etməsinin ilk, danılmaz sübutudur.

İran Rusiyaya bir sıra modifikasiyada döyüş PUA-ları, xüsusilə də "Mohajer-6" və "Shahed"lər satıb.

"M124 Geran" adlandırılan PUA isə indiyədək nə Rusiya Silahlı Qüvvələrində olub, nə də Rusiyada istehsal edilib.

Vurulmuş PUA-da heç bir rəsmi qeydiyyatda olmayan marka, ad və nömrə də yazılıb.

İranın istehsal etdiyi, 4-5 bomba daşıyan, səmada 24 saat qala bilərək 2000 kilometrlik fəaliyyət radiusuna malik olan "Shahed"dən rusiyalılar Ukraynadakı hərbi əməliyyatlarda aktiv istifadə etməyə başlayıblar.


Etiketlər:  İranın daha sirri açıldı Şahid vuruldu FOTO


RƏYLƏR