Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistana məxsus “KS-19” zenit silahı dəqiq zərbə ilə məhv edildi

Ermənistana məxsus “KS-19” zenit silahı dəqiq zərbə ilə məhv edildi

Tarix: 14 Sentyabr 2022 13:30

Ermənistan Silahlı Qüvvələrinə məxsus 100 mm-lik "KS-19" zenit silahı Azərbaycan Ordusunun dəqiq zərbəsi ilə məhv edilib.

Bu barədə "Caliber"in "Telegram" kanalında xəbər verilib.

Məlumata görə, Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən zərbə bu gün saat 11:52-də qeydə alınıb.

Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.

Milli.Az


Etiketlər:  Ermənistana məxsus KS 19 zenit silahı dəqiq zərbə ilə məhv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ