Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 08:33
Avropa İttifaqı (Aİ) Rusiyanın 1 206 fiziki və 108 hüquqi şəxsinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini altı ay uzadıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Belə ki, Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaqda və ya təhdid etməkdə təqsirli olan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay, 2023-cü il martın 15-nə qədər uzatmaq barədə qərar qəbul edib.
Bundan əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Aİ-nin Rusiyaya qarşı yeni, o cümlədən ayrı-ayrı sanksiyalar üçün artıq variantları var.