Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Payız əkini ilə əlaqədar 400 hektar ərazidə hazırlıqlar davam edir

Payız əkini ilə əlaqədar 400 hektar ərazidə hazırlıqlar davam edir

Tarix: 15 Sentyabr 2022 12:16

Payız ağac əkini mövsümü ilə əlaqədar ölkə ərazisinin meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən bugünədək ümumilikdə 400 hektar ərazidə hazırlıq işləri aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Milli.Az-a bildirib ki, Ağcabədi rayonunun 97, Bərdə rayonunun 83, Sabirabad rayonunun 90, Zaqatala rayonunun 34, Şəki rayonunun 14.5, Qəbələ rayonunun 18, Quba rayonunun 35, Tovuz rayonunun 10, Şəmkir rayonunun 10, Şamaxı rayonunun 6.5, Şabran rayonunun 2 hektar meşə fondu ərazsində hazırlıq işləri başa çatıb.

"Payız əkin planına uyğun olaraq sözügedən rayonların meşə sahələrində bölgənin torpaq-iqlim şəraitinə uyğun meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlifcinsli ağaclar əkiləcək və toxumlar səpiləcək".

Milli.Az


Etiketlər:  Payız əkini ilə əlaqədar 400 hektar ərazidə hazırlıqlar davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ