Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 12:50
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ vizası verilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Mariya Zaxarova özü açıqlama verib. Xatırladaq ki, bir müddət öncə Rusiya xarici işlər naziri Sergey Lavrov və ölkənin nümayəndə heyətinin bir sıra üzvlərinə sessiyada iştirak etmələri üçün ABŞ vizası verilib.