Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağı Azərbaycan ərazisi kimi tanımaq bu mövzunu həmişəlik bağlayacaq" - Erməni deputatlar

Tarix: 15 Sentyabr 2022 21:54

Ermənistan parlamenti Qarabağı Azərbaycanın bir hissəsi kimi görür.

Milli.Az konkret.az-a istinadən bildirir ki, bu barədə "Joxovurd" qəzeti yazır. Nəşr bildirir ki, parlamentin "Vətəndaş müqaviləsi" fraksiyasında bir neçə deputatın irəli sürdüyü təklif-tezisdən sonra əsl dava başlayıb.

Nəşrin yazdığına görə, partiyanın deputatları Marina Karapetyan, Sona Qazaryan, Lena Nazaryan və Arsen Torosyan sentyabrın 13-də səhər Nikol Paşinyan parlamentə gəlməmişdən əvvəl fraksiya iclasında Azərbaycanın ərazisinin tanınması tələbini bildiriblər. Onlar bununla sərhəddə davam edən gərginliyə son qoyula biləcəyini vurğulayıblar. Yəni Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq bu mövzunu həmişəlik bağlayacaq.

Bəyanat birmənalı qəbul olunmayıb, lakin qəzetin yazdığı görə, adıçəkilən deputatlar geri çəkilməyib. Onlar bu gün də deputat yoldaşlarını hazırda yeganə çıxış yolunun bu, olduğunu inandırmağa çalışırlar.

"Mən fraksiyanın qapalı iclasını şərh etmək fikrində deyiləm", - deyə Sona Qazaryan belə bir təklifin olduğunu inkar etmədən deyib.

Milli.Az


Etiketlər:  Qarabağı Azərbaycan ərazisi kimi tanımaq bu mövzunu həmişəlik bağlayacaq Erməni deputatlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ