Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb

Tarix: 30 Sentyabr 2019 09:34

Bakı. Samir Əli - Trend:

Bakıda hamilə qadın doğuş zamanı ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Məmmədbəyli küçəsi, ev 16, mənzil 28-də yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü" diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yaşlı qadın doğuş zamanı ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ