Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanın əsas kapitalına nə qədər vəsait yönəldilib?

Bu il Azərbaycanın əsas kapitalına nə qədər vəsait yönəldilib?

Tarix: 30 Sentyabr 2019 09:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilib.

Trend-in məlumatına görə, sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26 faizi xidmət sahələrinə, 9,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9 faiz, büdcə vəsaitləri 27,7 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,3 faiz olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın əsas kapitalına qədər vəsait yönəldilib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ