Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

II Elizabetin dəfn mərasimində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək

II Elizabetin dəfn mərasimində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək

Tarix: 18 Sentyabr 2022 18:33

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a bildirilib ki, Londonun "Luton" beynəlxalq hava limanında Milli Məclisin sədrini Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri sentyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak edəcək və matəm kitabına ürək sözlərini yazacaq.

Spiker, həmçinin sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz adından təşkil olunan rəsmi qəbulda iştirak edəcək.

Milli.Az


Etiketlər:  II Elizabetin dəfn mərasimində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək


RƏYLƏR