Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 15:50
İtaliya "A" seriyasının "Udinese" klubunda oynayan türk əsilli futbolçu Tolgay Arslanın evi qarət olunub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, evə girən naməlum şəxslər futbolçunun 12 min avroluq (təxminən 20 min manat) 2 noutbuk və qızıllarını aparıb.
Məlumata görə, oğurluq "Udinese"-"İnter" oyunu zamanı baş verib. Oyun 3-1 hesabı ilə başa çatıb. Sonuncu qolu da məhz Tolgay vurub. Oyundan sonra T. Arslan evinə qayıdarkən oğurluq olduğunu görüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, T. Arslan bundan əvvəl Türkiyənin "Beşiktaş" və "Fənərbaxça" klublarında oynayıb.