Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 21:18
Zaqatalada mikroavtobus ilə minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Mersedes-Vito" markalı mikroavtobusla minik avtomobili toqquşub və nəticəsində üç nəfər rayon sakinləri aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.