Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz tələb edirik!'' - Fransadakı səfirliyimiz sərt bəyanat yaydı

''Biz tələb edirik!'' - Fransadakı səfirliyimiz sərt  bəyanat yaydı

Tarix: 20 Sentyabr 2022 22:15

Azərbaycanın Fransadakı səfirliyi Fransada yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra fransa səlahiyyətli orqanlarından aşağıdakı tədbirləri görməyi tələb edir.

Sonxeber.net bu barədə Azərbaycanın Fransadakı səfirliyinin tvitterə istinadən xəbər verir.

"Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:

1. 18 sentyabr 2022-ci ildə erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;

2. Ona hüquqi qiymət verilsin;

3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;

4. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olmasını təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar", - deyə səfirliyin bəyanatında bildirilib.


Etiketlər:  tələb edirik Fransadakı səfirliyimiz sərt bəyanat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ