Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Falçının sözünə görə sevgilisindən ayrılıb? - FOTO

Falçının sözünə görə sevgilisindən ayrılıb? - FOTO

Tarix: 23 Sentyabr 2022 02:15

Aktrisa Melisa Aslı Pamuk sevgilisi Mert Koçakdan ayrılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin eşq yaşadığı şəxsdən ayrılıq səbəbi isə xeyli maraqlıdır. Belə ki, falçıya gedən aktrisa Bu münasibətin gələcəyi yoxdur, başqa qadın var sözlərini eşidəndən sonra sevgilisi ilə ayrılıb.

Bir müddətdir yaşadığı münasibətdə xoşbəxt olmayan Melisa Mertin əvvəlki kimi olmadığını bildirib. Falçıdan da yaşadığı eşq haqda yaxşı sözlər eşitməyib.

Aslı Pamuk sevgilisindən ayrılandan sonra birlikdə çəkdirdiyi bütün fotoları İnstaqramdan silib və onu izləmədən çıxarıb.

Milli.Az


Etiketlər:  Falçının sözünə görə sevgilisindən ayrılıb FOTO


RƏYLƏR