Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 07:33
Elektrik cərəyanı vurması mənfi və müsbət elektrik axınının eyni zamanda orqanizmdə birləşməsidir.
Cərəyan vurma adətən 15 voltdan artıq olduqda zəif hiss edilir, 30 voltdan artıq isə orqanizmdə narahatçılıq hissi yarada bilir.
Elektrik vurması zamanı aşağıdakılar baş verə bilər:
- əzələ yanıqları
- sınıqlar
- sinirlərin iflici
- həzm sistemi orqanlarının iflici
- ürəyin dayanması.
Cərəyan vurması adətən iş qəzaları zamanı baş verir. Cərəyanla işləyən adamların təhlükəsizlik qaydalarına əməl eləməməsi zamanı bu hadisə ilə tez-tez rastlaşmaq olur. Bəzi hallarda yaş əllə eletrik vasitələrinə toxunan zaman da cərəyan vurması baş verə bilir.
Yüksək cərəyan axını orqanizmə 2 yolla zərər verə bilir:
1. Orqanizmdə elektrik cərəyanının qısa dövrə vurması ilə
2. Yumşaq toxumalarda meydana çıxan yanıqlarla.
Cərəyan vurması zamanı orqanizmdə aşağıdakı patologiyalar meydana çıxır:
- Baş-boyun hissə cərəyan vurması zamanı ilk təmas yeri olarsa əgər, sinir sistemində patologiyalar, gözdə katarakta, yerə yıxıldıqda isə sınısqlar baş verə bilir.
- Cərəyan vurması zamanı ürəyin dayanması ən çox rastlanan patologiya hesab edilir.
- Cərəyan vurması zamanı ən çox zərər görən orqan dəri hesab edilir. Belə ki, cərəyan vurma zamanı dəridə ciddi yanıqlar əmələ gəlir. Ən çox cərəyanla əl təmasda olduğuna görə əl və qolların dərisi, bir də dabanlar yanığa məruz qalır.
Şiddətli cərəyan yanıqlarından sonra dəridə boz-sarı rəngli, ağrısız, ortası nekroz toxumadan ibarət olan çapıq toxuma qalır.
Cərəyan vurmasına elektrik alətləri ilə diqqətsiz davranmalar səbəb olur. Elektrik cərəyanı vurmasının digər səbəbləri:
1. Elektrik enerjisi haqqında az məlumata sahib olmaq.
2. Elektrik dövrəsinin torpağa bağlı olmaması.
3. Elektriklə təmasda olanların diqqətsizliyi.
4. Tələskənlik.
Cərəyanvurma zamanı aşağıdakılara əməl etmək lazımdır:
- Elektriki ümumi cərəyandan kəsmək.
- Elektriki taxta alət və ya dəri kəmər vasitəsilə təmas nahiyəsindən ayırmaq.
- Elektrik axınını qarşısını almaq üçün quru bir taxta və ya rezinin üstünə çıxmaq.
- Xəstənin paltarlarından tutub həmin hissədən uzaqlaşdırmaq.
- Xəstənin huşu özündə deyilsə ayıltmağa çalışmaq.
- Cərəyan vuran şəxsin nəfəsi çıxmırsa ağızdan-ağıza nəfəs vermək.
Həkim gələnə kimi ilk tibbi yardım məqsədilə 1 xörək qaşığı yemək sodasını və ya 1 çay qaşığı duzu 1/3 litr suda həll edib, yarım saat içərisində xəstəyə içirtmək lazımdır.
Amma ilk növbədə xəstəni xəstəxanaya çatdırmaq, onun həyati təhlükəsinin qarşısını ala bilər.
Cərəyan vurmasının orqanizmə vurduğu zərər cərəyanın şiddətidən asılı olaraq dəyişir. Cərəyanın şiddəti çox olarsa xəstənin ölümünə səbəb ola bilir.