Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əzilmə və sərpmə zamanı ilk tibbi yardım

Əzilmə və sərpmə zamanı ilk tibbi yardım

Tarix: 24 Sentyabr 2022 08:06

Güclü zədələr və hündürdən yıxılmalar zamanı bədənin müxtəlif hissələrində əzilmlər baş verə bilir. Bu patoloji hala əzilmə zəhərlənməsi və ya travma toksikozu da deyilir. Yumşaq toxumaların əzilməsi adətən göyərmələr və soyumalar şəklində özünü biruzə verir. Əgər zədə nahiyyəsi böyükdürsə zədələnmiş yerdən yuxarı nahiyyəyə turna qoyulur. Bu əzilmiş yumuşaq toxumalardan zəhərli maddələrin qan dövranına qoşulmasının qarşısını almaq üçündür. Ətraflarda soyuma, göyərmə yoxdursa, sıxıcı bint sarğısı qoymaqla da kifayətlənmək olar. Turna qoyulduqdan sonra xəstəyə ağrıkəsici vurulur və həkimə qədər tərpənməz vəziyyətdə saxlanılır.
Sərpmələr hündürlükdən düzgün tullanmadıqda, ağırlıq qaldıran zaman oynaq bağlarında baş verən patologiyadır. Bu zaman zədələnmiş oynaqda ağrılar olur, şiş əmələ gəlir, oynağın hərəkəti məhdudlaşır. Belə hallarda ilk tibbi yardın zədələnmiş nahiyəyə buz qoymaqdan ibarətdir. Sərpmələr zamanı zədələnmiş oynağın rahatlığını təmin etmək üçün bir müddət hərəkətsizliyi təmin olunur.


Etiketlər:  Əzilmə sərpmə zamanı tibbi yardım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ