Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 18:28
Bu gün şahmat üzrə Dünya Kubokunun final qarşılaşması start götürüb.
Qol.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 4 partiyadan ibarət mini-matçın ilk görüşündə ağlarla Dinq Lirenin (Çin) müqavimətini qıra bilməyib. İspan partiyası debütünü seçən həmyerlimiz 33-cü gedişdə heç-heçəyə razılaşıb.
Sabah rəqiblər ikinci partiyada üz-üzə gələcəklər.
Qeyd edək ki, qalibi 110, finalda uduzanı isə 80 min dollar mükafat gözləyir.