Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Tarix: 26 Sentyabr 2022 22:27

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmalarını arzu edirəm".

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ