Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi açılacaq

Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi açılacaq

Tarix: 27 Sentyabr 2022 13:12

Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiyadakı hissəsində yaxın vaxtlarda hərbi komissarlığın səfərbərlik məntəqəsi açılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə müvafiq qərar "Yuxarı Lars" keçid məntəqəsində keçirilən müşavirədə qəbul edilib.

Qeyd olunub ki, Şimali Osetiyanın daxili işlər naziri, Dövlət Yol Müfəttişliyinin rəisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin rəhbərlərinin iştirakı ilə "Yuxarı Lars" sərhəd keçid məntəqəsində müşavirə keçirilib.

Müşavirədə Şimali Osetiyadakı "Yuxarı Lars" keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini piyada keçməyə icazə verilməsi haqqında qərar qəbul olunub.

Milli.Az


Etiketlər:  Rusiya Gürcüstan sərhədində səfərbərlik məntəqəsi açılacaq


RƏYLƏR