Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

On ildən çoxdur əlini yuxarı qaldıraraq yaşayır

On ildən çoxdur əlini yuxarı qaldıraraq yaşayır

Tarix: 27 Sentyabr 2022 17:26

Hindistanlı rahib on ildən artıqdır ki, sağ əlini yuxarı qaldıraraq yaşayır. Kişinin dediyinə görə, o, bunu hindu tanrısının şərəfinə edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, həmin şəxsin adı Mahant Radheypuri Cuna Akharadır. O, dünya həyatından əl çəkərək dinə üz tutub.

Mahant bildirib ki, o, artıq qolunu hiss etmir və ona görə də heç bir narahatlıq keçirmir.

Rahibin sözlərinə görə, ilk bir neçə il bucür yaşamaq çətin olub. O, hətta fikrindən əl çəkmək istəyib.

Mahant ömrünün sonuna qədər belə yaşamağı planlaşdırdığını qeyd edib.

Milli.Az


Etiketlər:  On ildən çoxdur əlini yuxarı qaldıraraq yaşayır


RƏYLƏR