Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2022 21:12
Türkiyənin Bəşər Əsəd rejimi ilə dialoqa "yaşıl işıq" yandıran açıqlamaları gündəmdə olarkən, Suriya xarici işlər naziri Feysəl Mikdaddan diqqətçəkən açıqlama gəlib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, BMT Baş Assambleyasının Nyu-Yorkdakı sammitində çıxış edən nazir Türkiyə ilə yaxşı və normal münasibətlər qurmağa hər zaman hazır olduqlarını deyib.
"2009-2010-cu illər arasında Türkiyə ilə münasibətlər əla idi, hətta maraqlarımıza cavab verməyən addımlar da atdıq, bəzən münasibətlərimizi gücləndirmək üçün fədakarlıqlar da etdik", - Mikdad bildirib.
Çıxışının davamında məcburi köçkün və qaçqın suriyalılara müraciət edən nazir onları ölkələrinə qayıtmağa çağırıb.
Bundan əvvəl "Röyter" agentliyi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidanın bu yaxınlarda Dəməşqdə suriyalı həmkarı Əli Məmlüklə görüşdüyünü yazıb.