Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2022 21:45
Nefroptoz böyrəklərin sallanması, onun patoloji hərəkətli olmasına deyilir. Bu hal sağ tərəfdə daha çox təsadüf olunur. Patolojiyası həm birtərəfli , həm ikitərəfli ola bilər. Xəstəlik ən çox qadınlarda rast gəlinir.
ETİOLOGİYASI:
Böyrəyin bağ aparatının zəifliyi və travma nəticəsində, güclü arıqlama , qarının ön divarının tonusunun azalması nəticəsində baş verir.
PATOGENEZ:
Qadınlarda paravertebral çuxurun dayazlı olduğu üçün onlarda nefroptoz daha çox təsadüf edilir. Böyrəkətrafı piy toxumasının azalması böyrəyin sallammasına, onun damarlarının əyilməsinə və dartılmasına , hemodinamikasının pozulmasına səbəb olur. Sidik axarının əyilməsi isə urodinamik pozğunluqlara gətirib çıxarır.
KLİNİKASI:
Nefroptoz uzun illərlə gizli gedişə malik ola bilir. Nefroptozun 3 növü var:
1 - nəfəs aldıqda ,ayaq üstə böyrəyin aşağı qütbü əllənir. Xəstədə heç bir şikayət olmur.
2 -vertikal vəziyyətdə böyrək aşağı düşür və tam əllənir, horizontal vəziyyətdə böyrək öz yerinə qayıdır.
3 -böyrək təbii yerindən aşağı düşür , qarın boşluğunun başqa nahıyyələrində, böyük və kiçik çanaqda ola bilir.
Bu zaman böyrək damarlarının dartılması nəticəsində böyrək qan dövranı pozulur, urodinamik dəyişikliklər baş verir. Xəstələr bel nahiyəsində zəif ağrılardan , başgicəllənmədən , ürəkdöyünmədən, meteorizm və qusmadan şikayət edirlər.Böyrək nahiyəsində ağrılar adətən ağır fiziki işdən sonra özünü büruzə edir , axşama yaxın artır, hətta sancı şəkli alır.
MÜAYİNƏSİ:
Laborator müayinə zamanı sidikdə hemoturiya aşkar edilir. Rentgenoloji müayinələr həm ayaq üstə, həm də xəstənin uzanmış vəziyyətində çəkilir.
AĞIRLAŞMALARI:
Pielonefrit, arterial təzyiq, qanaxma, böyrəkdaşı xəstəliyi.
MÜALİCƏSİ:
Müalicəsi xəstəliyin mərhələlərindən və ağırlaşmalarından asılıdır. Adətən konservativ müalicə məqsədəuyğun sayılır. Xəstəyə 3 kq -dan artıq yük qaldırmamaq, müalicə bədən tərbiyəsi, bir qədər kökəlmək məsləhət görülür.