Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2022 08:22
Moskva-İrəvan reysi ilə uçan təyyarə Minvodıya təcili eniş edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, "Aeroflot" şirkətinə məxsus təyyarə texniki səbəblərdən Mineralnıye Vodıya enib.
Hava gəmisinin dəyişdirilməsindən sonra təyinat yerinə uçuş davam etdiriləcək.
Təyyarənin sərnişinləri hava limanının gözləmə zonasında qalıb.
Şirkətdən verilən məlumata görə, onlar aviaşirkətin standartlarına və federal aviasiya qaydalarına uyğun olaraq lazım olan hər şeylə təmin olunublar.