Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO

Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO

Tarix: 29 Sentyabr 2022 17:09

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 29-da Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə,Azərbaycan nümayəndə heyətinə mərkəzin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim edilib.

Sonra nümayəndə heyəti "Delta" Elmi Hərbi-Texniki Mərkəzini ziyarət edib.

Mərkəzdə istehsal edilən hərbi texnika və avadanlığa baxış keçirilib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Etiketlər:  Kərim Vəliyev Gürcüstanda Milli Təlim Tədris Mərkəzində olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ