Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 19:56
İsveçrə buzlaqları bu il quru qış və bir neçə yay isti dalğası səbəbindən ümumi həcminin 6%-ni itirib.
Bununla da buzlaqların əriməsi üzrə öncəki rekordlar üstələnib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İsveçrə Elmlər Akademiyasının Kriosfer Komissiyasının araşdırması nəticəsində buzlaqların dramatik dərəcədə əriməsi müəyyən olunub. Vəziyyətin daha da pisləşəcəyi qeyd edilir.
"2022-ci il İsveçrə buzlaqları üçün fəlakətli il oldu: buzların əriməsi üzrə bütün rekordlar qırıldı", - deyə komissiyadan bildirilib. Vurğulanıb ki, 12 ayda 2% itki əvvəllər ekstremal hal hesab edilib.
Məlumata görə, üç kub kilometr buz buz əriyib ki, bu da üç trilyon litr su deməkdir.
İsveçrədəki Buzlaqların Monitorinqinin rəhbəri, professor Mattias Quss bildirib ki, qısa müddətdə əriməni yavaşlatmaq mümkün deyil.