Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pişiyi öldürmək istəyirdi, canından oldu

Pişiyi öldürmək istəyirdi, canından oldu

Tarix: 30 Sentyabr 2022 20:30

ABŞ-ın Kaliforniya ştatında 20 yaşlı Hanna Star Esser, onun fikrincə, pişiyi öldürmək istəyən 40 yaşlı Lui Entoni Viktoru qəsdən vurub.

Milli.Az bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Hadisə sentyabrın 25-də Kaliforniyanın Saypres şəhərində baş verib. Əvvəlcə qız maşını saxlayıb, maşından düşüb və Viktorla mübahisə etməyə başlayıb. Kişi cavab verməyə çalışıb, amma o, maşına qayıdıb, arxasına dönüb düz ona tərəf sürüb. Zərbə o qədər güclü olub ki, adam havaya qalxıb. O, hadisə yerində ölüb.

Esser həbs edilib. Onun işi üzrə məhkəmə iclası oktyabrın 13-də keçiriləcək. İndi qız Orinc dairəsinin həbsxanasındadır, ona bir milyon dollar girov təyin edilib. Esser təqsirli bilinərsə, onu 25 il ömürlük həbs cəzası gözləyir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Pişiyi öldürmək istəyirdi canından oldu


RƏYLƏR