Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2022 23:06
Ukraynanın NATO-ya sürətləndirilmiş qəbulu ilə bağlı qərarı Alyansa üzv 30 ölkə qərar verəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayanın NATO-ya üzvlük müraciəti ilə bağlı deyib.
Stoltenberq deyib ki, qərar konsensus əsasında veriləcək.
"Hər bir ölkə üzv olmaq üçün müraciət etmək hüququna malikdir və NATO-nun qapıları açıqdır. Madriddəki NATO müttəfiqləri açıq şəkildə dedilər ki, biz Ukraynanın hüququnu dəstəkləyirik... Bundan sonra qərar bütün 30 üzv tərəfindən qəbul edilməlidir" - deyə Baş katib bildirib.