Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klopp oyundan razıdır, nəticədən yox

Klopp oyundan razıdır, nəticədən yox

Tarix: 2 May 2019 10:56

"Futbol belə bir şeydir. Hər şey vurulan qollarla bağlıdır. 3 qol vurdular və biz heç fərqlənə bilmədik. Möhtəşəm oynadılar. Bizim futbolçularımız da yaxşı çıxış etdi. Komandanın oyununundan razıyam, amma nəticədən yox".

Qol.az-ın məlumatına görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çemoionlar Liqasının yarımfinalında "Barselona"ya 0:3 hesabı ilə uduzduqları ilk oyundan snra deyib.

"Qollarla bağlı danışmaq asandır, amma bizim də çox yaxşı epizodlarımız oldu. Onlara bir çox problem yaratdıq. Bundan daha yaxşı oynaya bilərdikmi, bilmirəm" - deyə o vurğulayıb.

Klopp ağır nəticə olduğunu söyləyib: "Hazırda rəqib üstün tərəfdir. Toparlanacağıq və "Nyukasl"la səfər oyununa hazırlaşacağıq. Nə desək də, nəticə dəyişməyəcək. Onlarla bir dəfə də oynayacağıq. Nələr olacağını görəcəyik".

 


Etiketlər:  Klopp oyundan razıdır nəticədən yox


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ