Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 17:35
Ötən gün İspaniyanın qalmaqallı, eyni zamanda ən dəbli brendi "Balenciaga"nın yeni qış kolleksiyasının nümayişi baş tutub.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, marka ənənəsinə sadiq qalaraq yenə də fərqli məkanda dəb şousunu düzənləyib.
Belə ki, podiuma çıxan modellər "Balenciaga"nın dəbdəbəli geyimlərini yağışın altında, palçıqda gəzərək təqdim ediblər.
Moda gecəsinin əsas ulduzu isə bu markaya milyonlarla dollar pul xərcləyən amerikanın məşhur repçısı "Ye" Kanye Uest olub.
Ulduz podiuma çoxlu cibli "oversize" hərbi gödəkçədə çıxıb. Onun bu gödəkçəsi isə görənləri həm təəccübləndirib, həm də heyran qoyub.