Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2022 09:26
Avropa hazırda yüksək patogenli quş qripinin rekord həddə çatan ən pis epidemiyasını yaşayır.
Bunu Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin 2021 və 2022-ci illər üzrə məlumatları sübut edir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, köhnə dünyanın 37 ölkəsində 3573 çöl quşunun, o cümlədən təsərrüfatlarda 2467 quşun, 187 ev heyvanının yoluxduğu dəqiqləşdirilir.
İndiyədək insanlar arasında yoluxma halları qeydə alınmayıb, lakin ekspertlər bu ilin qışına qədər vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.