Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti Ənvər Sadıqov ilk böyük solo konserti ilə çıxış edəcək

Xalq artisti Ənvər Sadıqov ilk böyük solo konserti ilə çıxış edəcək

Tarix: 4 Oktyabr 2022 16:51

Dekabrın 23-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi Xalq artisti Ənvər Sadıqovun ilk böyük solo konserti keçiriləcək.

Gecədə musiqiçini bədii rəhbəri olduğu "Qaytağı" instrumental ansamblı və Respublikanın tanınmış incəsənət  xadimləri müşaiyət edəcəklər. 

Həmçinin, Ənvər Sadıqov ilk böyük solo konsertində Əməkdar artist Emil Əfrasiyab ilə birgə yeni layihələrini musiqisevərlərə təqdim edəcəklər.

Konsertin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz.

Milli.Az


Etiketlər:  Xalq artisti Ənvər Sadıqov ilk böyük solo konserti ilə çıxış edəcək


RƏYLƏR