Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verdi

Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verdi

Tarix: 5 Oktyabr 2022 17:10

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib.

"Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi", - Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.


Etiketlər:  Putin Ramzan Kadırova general polkovnik rütbəsi verdi


RƏYLƏR