Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2022 08:16
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin avtomobili bordürə çırpılıb və buna görə də nəqliyyat vasitəsinin təkərinin dəyişdirilməsi lazım gəlib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, vitse-prezident Harrisi işə aparan kortej bazar ertəsi Kolumbiya dairəsində bağlı yolda avtomobil qəzasına düşüb.
"İdman avtomobilini idarə edən Məxfi Xidmətin agenti nəqliyyat vasitəsini şəhərin mərkəzində bordürə elə güclü çırpdı ki, təkər dəyişdirilməli oldu. Bu səbəbdən kortej səhər saat 10:20 radələrində dayanıb", - mənbələr bildiriblər.
Agentlərin onu Ağ Evə apara bilmələri üçün Harris kortejdəki başqa avtomobilə keçməli olub.
Məxfi Xidmət qəzanın təfərrüatlarını açıqlamayıb və bunu aparıcı avtomobildə "texniki nasazlıq" adlandırıb. Qeyd edilir ki, bu səbəbdən Vitse-prezident Harrisin başqa maşına əyləşməli olub.