Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stoltenberq mənə dedi ki, Rusiya... - Zelenski

Stoltenberq mənə dedi ki, Rusiya... - Zelenski

Tarix: 6 Oktyabr 2022 08:24

Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Alyansa daxil olması üçün gələcək addımları müzakirə ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Zelenski Tvitter hesabında məlumat verib.

"Mən strateji tərəfdaşlarımızla daimi təmasdayam. NATO-nun Baş katibi ilə telefon danışığım olub. Biz Ukraynanın Avro-Atlantik inteqrasiyası istiqamətində gələcək addımları razılaşdırdıq", - Zelenski yazıb.

Öz növbəsində, Zelenski ilə söhbətindən sonra Stoltenberq cəsur Ukrayna xalqını və Ukrayna Silahlı Qüvvələrini öz ərazilərini işğaldan azad etməsi istiqamətində heyrətamiz irəliləyişə görə tərifləyib.

NATO Baş katibi qeyd edib ki, Rusiya başlatdığı müharibəni dayandırmalıdır.

O, həmçinin əlavə edib ki, Alyans lazım olduğu müddətdə Ukraynaya dəstəyi saxlayacaq və gücləndirəcək.

Milli.Az


Etiketlər:  Stoltenberq mənə dedi ki Rusiya Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ