Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2022 17:10
Hindistanda yüzlərlə insanın iştirak etdiyi dini festival faciə ilə bitib. Belə ki, çayın içində keçirilən ayin zamanı suyun səviyyəsi qəfil qalxıb və axın adamları aparıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, faciə Jalpayquri rayonunda "Durqaya" ilahəsinə ibadət tədbirində baş verib. Qəfil fəlakətlə üzləşən insanlar sahilə çıxmağa imkan tapmayıblar.
Son məlumatlara görə, azı səkkiz nəfər ölüb, 40-a yaxın insan itkin düşüb.
Ölənlər arasında səkkiz yaşlı oğlan və 13 yaşlı qız da var.
Faciə yerinə çoxsaylı xilasedicilər cəlb olunub, itkin düşənlərin axtarışlarına başlanılıb.