Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2022 20:52
Azərbaycanda torpaqdan təyinatı üzrə istifadə edənlər onun hər hektarına görə 6 manat, istifadə etməyənlər isə 200 manat vergi ödəyəcəklər.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
"Sentyabrın 19-da "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası" təsdiq edilib və bu qaydada dediyim məsələlər öz əksini tapıb. Cərimə məsələsi 2016-cı ildə imzalanmış müvafiq fərmanda olsa da, bunun tətbiqi üçün lazımi meyarları yox idi. İndi isə həmin meyarlar var və onların əsasında "Kənd təsərrüfatı torpaqlarının istifadəsi" altsistemi yaradılacaq. Altsistem hazır olandan sonra cərimə tətbiq ediləcək", - deyə o, qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni altsistem "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sisteminin (EKTİS) tərkibində olacaq, aidiyyəti dövlət qurumları torpaqdan istifadə və torpaqların kadastrı ilə bağlı məlumatları bu sistemə ötürəcək.
"Burada əsas məsələ kənd təsərrüfatı təyinatlı torpaqların məhdud olmasıdır. Odur ki, biz torpaqları qorumalı və təyinatı üzrə, dayanıqlı istifadə etməliyik. Bunun üçün torpaq qanunvericiliyimizdə tələblər var. Son qərar bu baxımından xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.