Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Tarix: 9 Oktyabr 2022 19:42

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanın rəhbərlik etdiyi tədqiqatçılar qrupu buz təbəqəsi ilə örtülmüş Enselad okeanında bioloji həyat üçün zəruri element - fosforun ola biləcəyini irəli sürüblər.

Fosfor insan və heyvanlarda sümüklərin, hüceyrə membranlarının və DNT-nin vacib komponentidir. Bundan əvvəl alimlər peykdə hidrogen, azot, oksigen və kükürd - həyatın yaranması üçün vacib elementlər aşkar ediblər.

Tədqiqatçılar Enselad okeanının qayalı dibinin su və süxurların qarşılıqlı təsir modelini yaradıblar.


Etiketlər:  Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ